Dünya futbolu

Nani: “Qarabağ” yaxşı futbol oynadı”

“Çətin oyun oldu. Rəqibimiz çox yaxşı futbol oynadı. Birinci hissədə qol epizodları yaratsaq da, hesabı aça bilmədik. İkinci hissədə isə bu fürsətdən istifadə etdik və ilk qolu vurduq”.

Bu sözləri  Portuqaliyanın “Sportinq” klubunun kapitanı Luiş Nani “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yerli mətbuata açıqlamasında deyib.

“Üç xal qazanmağımıza kömək etdiyim üçün şadam. Düzgün yolda irəliləyirik və belə də davam edəcəyik”.

Nani “Arsenal”ın E qrupunun favoriti olduğunu bildirib:

“Bu komanda Çempionlar Liqası səviyyəsindədir. Ancaq biz də “Arsenal”la oyunlarda 6 xal qazanmağa çalışacağıq. İndiki vəziyyətdə futbolda dəqiq favorit və udulmuş oyun yoxdur


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43