“Milan” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununa itki ilə çıxa bilər.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubunun hücumçusu Olivie Jiru zədələnib. Onun əzələsini dartdığı bildirilir.
Fransalı forvardın “Napoli”yə qarşı oyunda meydanda olub-olmayacağı bəlli deyil.
Xatırladaq ki, tərəflər arasında cavab qarşılaşması aprelin 18-də baş tutacaq. “Milan” ilk oyunu doğma meydanda 1:0 hesabı ilə qazanıb.

