Kateqoriyasız

Nazaov “fərqləndi”, komandası qələbə qazandı

Almaniya II Bundesliqasında III turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” ötən gün səfərdə “Frankfurt”un qonağı olub.

Xalı olmayan “Karlsrue” bu dəfə meydandan qələbə ilə ayrılıb – 2:1.

Meydana 68-ci dəqiqədə daxil olan millimizin üzvü  90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43