Kateqoriyasız

Nazarov Bundesliqa klubuna qarşı oynadı, komandası dayandırıldı

Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə Düsseldorf “Fortuna”sına uduzub – 1:2. Bununla da, Aue təmsilçisi mübarizəni dayandırıb.

Start heyətdə meydana çıxan Nazarov 76-cı dəqiqədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43