08 İyul 2026
Ölkə futbolu

Nazim Süleymanov: “Onu mütləq cəzalandıracayıq”

Topaz Premyer Liqasının 8-ci turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun gününün ilk görüşündə “Sumqayıt” komandası “Dalğa Arena”da “Sabah”ı qəbul edib. Matçın ardından “Sumqayıt” komandasının baş məşqçisi Nazim Süleymanov oyun barəsində fikirlərini bildirib:

“Oyun çox pis başladı. Yenə də qırmızı vərəqə alaraq matça geridən gəldik. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Baxmayaraq ki, azlıqda qaldıq ancaq yaxşı oyun ortaya qoya bildik. İlk hissədə isə çox yaxşı deyildik. Bundan sonra diqqətimizi növbəti oyunlara verəcəyik”.

-Vurğun Hüseynovun qırmızı vərəqə almasını Deviçlə olan ikili mübarizəsində hirsinin qurbanı olduğunu deyə bilərik ?

-İstənilən halda biz onlara tapşırırıq ki, sakit olun. Rəqibin heyətində provokasiya yarada biləcək oyunçular ola bilər. Bu bir taktiki gediş də ola bilər. Çox sakit olmaq lazımdır. Buna hazırlaşırıq, dəfələrlə oyunçulara xəbərdarlıq edirik. Ancaq təəssüf ki, yenə bu hal təkrarlanır. Onu mütləq cəzalandıracayıq.

-Niyə sonuncu əvəz etmənizdən yararlanmadınız ?

-Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Geridə olsaq da, qol imkanlarımız var idi. Ona görə də, müdafiəni unudub təmiz hücumu düşünə bilməzdik. İmkanlarımızdan istifadə edə bilsəydik bu gün məğlub olmazdıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43