İdman

“Neftçi” Avroliqa macərasına qələbə ilə başladı – VİDEO

Neftçi” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təəmsilçisi Bakıda Macarıstan təmsilçisi “Uypeşt”lə qarşılaşacaq.

Saat 21:00-da başlayacaq qarşılaşma yeni baş məşqçisi Roberto Bordinin “Neftçi”də ilk rəsmi oyunu olacaq.

Xatırladaq ki, “Neftçi” rəqini keçsə, 2-ci təsnifat mərhələsində İspaniyanın “Sevilya” klubu ilə

qarşılaşacaq.

12 iyul

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

21:00. “Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan) – 3:1
Qollar:
 Daniel Naqu, 9 (0:1), Baqali Dabo, 23 (1:1), 71 (2:1), Emin Mahmudov, 90+3 (3:1)

Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)

Bakı. “Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43