Kateqoriyasız

“Neftçi” azarkeşləri “Partizan”a daha bir sürpriz hazırlayıblar – AÇIQLAMA

Bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Neftçi” doğma azarkeşlər önündə “Partizan”ı qonaq edəcək.

İdmanxeber.com-un məlumatına görə, axşam saat 21:00-da başlayacaq həlledici qarşılaşma üçün “Neftçi”nin azarkeşləri də xüsusi hazırlaşırlar. 

Paytaxt klubunun “Forza” azad azarkeş qrupunun rəhbərlərindən biri Oktay Ağazadə saytımıza açıqlamasında axşam baş tutacaq qarşılaşma üçün hazırlıqlarından danışıb:

“Hal-hazırda bütün “Forza”  fikrini sabahkı oyuna cəmləyib və  artıq cavab oyunundan öncədən hazırlığa başlamışdıq. Sabah 18-ci sektorda maksimum dəstək olacağıq və bir ilkə imza atacağıq  Azərbaycan fanat tarixində görülməmiş bayraq şousu olacaq. Bunun üçün 20 ədəd ağ və qara orta ölçülü, 2 ədəd böyük bayraq hazırlanıb. Bundan əlavə Rusiyadan xüsusi olaraq səsgücləndirici almışıq və sabah bütün tribunalar bizim səsimizə səs verəcəklərinə əminəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43