06 İyul 2026
Ölkə futbolu

“Neftçi” və “Sabah” Konfrans Liqası ilə vidalaşdı – YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Neftçi” Türkiyədə “Beşiktaş”ın qonağı olub. Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “ağ-qaralar” İstanbulda da meydandan məyus ayrılıb -1:2.

Bu nəticənin ardından “Neftçi” cari mövsüm avrokuboklardakı mübarizəsini dayandırıb.

“Sabah” isə öz meydanında iki cavabsız qolla üstələdiyi Serbiya “Partizan”ı ilə Belqradda qarşılaşıb. Murad Musayevin yetirmələri görüşdə 0:2 hesabı ilə məğlub olduqları üçün oyun əlavə vaxtlara gedib.

Artırılma dəqiqələrində də qapılara qol vurulmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən “Partizan” növbəti mərhələyə yüksəlib.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunları

22:00. “Beşiktaş” (Türkiyə) – “Neftçi” (Azərbaycan) 1:2 

Qol: Emin Mahmudov, 35, Abubakar (1:1), Muleka (2:1)

Baş hakim: Yulian Veynberger (Avstriya)

“Beşiktaş” stadionu, İstanbul

İlk oyun – 3:1

23:00. “Parizan” (Serbiya) – “Sabah” (Azərbaycan) 2:0 

Penaltilər: 5:4

Qırmızı: Beliç, 115 (“Partizan”)

Baş hakim: Bartoş Frankovski (Polşa)

“Partizan” stadionu, Belqrad

İlk oyun – 0:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43