Kateqoriyasız

“Neftçi” bu futbolçular olmadan “İnter”lə oyuna çıxacaq

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində bu gün “İnter”lə qarşılaşacaq “Neftçi” sözügedən oyuna cidid itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunda Məqsəd İsayev və Flavinyo zədəlidi. Rauf Əliyev “su çiçəyi” xəstəliyinə tutulub. Elvin Yunuszadə isə sarı kart limitini doldurduğuna görə, “bankirlər”lə oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43