Kateqoriyasız

“Qarabağ”la oyun öncəsi “Simurq”da ciddi itki

Tarixində ilk dəfə ölkə kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanan “Simurq” bu gün “Qarabağ”la həlledici oynuna çıxacaq.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Zaqatala təmsilçisi son çempionla görüşə ciddi itki ilə çıxacaq.

Komandanın kapitanı İlkin Qırtımov sarı vərəqə limitini doldurduğuna görə bu matçda forma geyinə bilməyəcək.

Qeyd edək ki, “Simurq” – “Qarabağ” matçı saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43