“Neftçi” iki futbolçunu komandadan uzaqlaşdırıb.
İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar” cari mövsüm üçün iştirak ərizəsini təqdim edib. Siyahıda Andrey Ştoqrin və Ryonosuke Ohorinin adı yoxdu. Bu futbolçular legioner limiti üçün heyətə daxil edilməyib.
Baş məşqçi Samir Abasovun planlarına daxil olmayan oyunçularla yolların ayrılması gözlənilir.
Xatırladaq ki, yeni əsasnamayə görə komandalar işitrak ərizəsində 17 legioner sifariş edə bilər.

