Kateqoriyasız

“Neftçi” Ceyhun Sultanov və Füzuli Məmmədovu istefaya göndərdi

“Neftçi”nin idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son turunda “Qarabağ”la oyundan (0:6) sonra istefa veriblər.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sultanov və Məmmədov bununla bağlı “Neftçi”  rəhbərliyinə müraciət edib və onların istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

Məmmədov 2018-ci ilin yayından “Neftçi”də çalışırdı. O, əvvəlcə Roberto Bordinin köməkçisi, italiyalı mütəxəsisin qış fasiləsində istefaya göndərilməsindən sonra onun yerinə baş məşqçi vəzifəsinə gətirilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43