Kateqoriyasız

“Neftçi” Dario ilə yollarını ayırdı

Dario Frederiko “Neftçi”dən gedib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. “Neftçi” braziliyalı futbolçuya gələcək karyerasında uğurlar arzulayır.

Qeyd edək ki, Dario Frederiko “Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43