İdman

“Neftçi” mərhələ adlasa “Sevilya” ilə qarşılaşacaq – Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri bilindi

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin püşü atılıb.

İdmanxeber.com-un məlumatına görə, püşkün nəticəsinə əsasən, mübarizəyə 1-ci mərhələdən başlayacaq klublarımızın da 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşib.

Avropa Liqası

II təsnifat mərhələsi

“Honved” (Macarıstan)/”Rabotniçki” (Makedoniya) – “Proqres” (Lüksemburq)/”Qəbələ”

“Baltsan” (Malta)/”Keşlə” – “Milsami” (Moldova)/”Slovan” (Slovakiya)

“Neftçi”/”Uypeşt” (Macarıstan) – “Sevilya” (İspaniya)

Qeyd edək ki, 2-ci təsnifat mərhələnin ilk oyunları iyulun 26-da, cavab görüşləri isə avqustun 2-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43