08 İyul 2026
Ölkə futbolu

“Neftçi” yeni transferini açıqladı – RƏSMİ 

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, Murad Xaçayev artıq “Neftçi” ailəsinin üzvüdür. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad milli komandamızın heyətində 1 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43