08 İyul 2026
Dünya futbolu

“Beşiktaş”ın hücumçusu A Seriyasına gedir

“Beşiktaş”ın hücumçusu Çiro İmmobile A Seriyasına qayıdır.

İdmanxeber.az xəbər verir ki, italiyalı hücumçu “Bolonya” ilə anlaşıb. O, sadəcə “Beşiktaş”dan yekun icazəni gözləyir. 35 yaşlı oyunçu “Bolonya” ilə bir illik müqavilə imzalayacaq, sözləşmədə daha bir il uzadılma şərti də olacaq.

O, “Beşiktaş”da bir mövsüm çıxış edib, buna qədər isə 8 il “Latsio”nun formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43