08 İyul 2026
Ölkə futbolu

“Kəpəz” üç futbolçu ilə vidalaşdı – RƏSMİ 

“Kəpəz” müqaviləsi başa çatan Trent Buhagiar, Rati Ardazişvili və Kərim Lkoça ilə anlaşmanı yeniləməyib.

İdmanxeber.az-ın məlumatına görə, hər üç legioner komandanı tərk edib. Yarımmüdafiəçi mövqeyində oynayan bu futbolçulardan gürcüstanlı olan Rati Ardazişvili cari mövsümdə 18 çempionat oyununda meydanda çıxıb. Maltalı Buhagiar 12 matçda forma geyinib. Mərakeş əsilli ispaniyalı Lkoça isə 33 görüşdə 1 qolla yadda qalıb.

Klub xidmətlərinə görə bu oyunçulara təşəkkür edib və onlara gələcək karyerasında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43