Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutacaq.
Günün son matçında “Neftçi” “Zirə” ilə münasibətlərə aydınlıq gətirəcək. İlk turda qələbə qazanan “Neftçi” növbəti 3 xalı əldə etmək üçün meydana çıxacaqsa, ilk oyunda “Sumqayıt”a uduzan “Zirə” ilk xalını aktivinə yazmaq üçün meydana çıxacaq.
14 avqust (bazar)
Premyer Liqa, II tur
21:00. “Neftçi” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Rahil Ramazanov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
Bakı. “Əlincə Arena” stadionu