13 İyul 2026
Ölkə futbolu

“Neftçi”də son durum: qərarı baş məşqçi verəcək

“Neftçi” “Sumqayıt” oyununun hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, milli komandanın heyətində zədələnən Eddi İsrafilovun durumuna aydınlıq gəlib. Bir müddətdir fərdi hazırlıqlarını davam etdirən oyunçu artıq komanda ilə məşqlərə başlayır.

Onun “Sumqayıt”la görüşdə oynayıb-oynamayacağına baş məşqçi Laurentsiu Regekampf qərar verəcək. Komandanın heyətində başqa zədəli və ya cəzalı futbolçu yoxdur.

“Sumqayıt” – “Neftçi” oyunu aprelin 8-də, saat 20:00-da start götürəcək.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43