Dünya futbolu

“Neftçi”ni avrokubokdan uzaqlaşdıran komanda cəza aldı

Albaniyanın “Skenderbeu” klubu avrokuboklardan 1 illik uzaqlaşdırılıb.

İdmanxeber.com-un məlumatına görə, komandanın Beynəlxalq Arbitraj Məhkəməsinə verdiyi apelyasiya şikayətinə cavab mənfi olub.

Klub danışılmış oyunlarda günahlandırıldığı üçün UEFA bayrağı altında keçiriləcək turnirlərdə 1 mövsüm iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Skenderbeu”nu bu turnirdə albanların digər klubu “Partizani” təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43