Ölkə futbolu

“Sumqayıt” da özünü sınayacaq

“Sumqayıt” klubu 2016\2017 mövsümünə hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Samir Abbasovun rəhbərliyi altındakı komanda bugün “Şuşa-Qarabağ”la qarşılaşacaq.

Oyun bugün saat 18:00-da “Kapital Bank Arena”da baş tutacaq.

Qeyd edək ki, “kimyaçılar”ın növbəti yoxlamaya oyunu iyulun 10-da “Zirə”yə qarşı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43