Malta "Baltsan"nını iki oyunun nəticəsində keçən “Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu bu mərhələdə Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.
İlk oyunda Polşanın "Krakoviya” klubuna 2:0 hesabı ilə qalib gələn Make təmsilçisi cavab matçında da qələbə qazanaraq tur adlayan tərəf olub – 2:1.
Qeyd edək ki, "Neftçi" – "Şkendiya" matçı iyulun 14-də Bakıda, cavab matçı isə bir həftə sonra Makedoniyada keçiriləcək.

