Kateqoriyasız

“Neftçi”nin Bakıdakı matçının başlama saatı açıqlandı

Avropa Liqasında mübarizəni davam etdirəcək “Neftçi”nin 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) ilk oyununun başlama saatı müəyyənləşib.

İdmanxeber.az Bakı klubunun rəsmi “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, avqustun 3-ü “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı isə avqustun 12-də Helsinkidə oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43