Kateqoriyasız

“Neftçi”nin futbolçusu: “Biz Zaqatalaya uduzmağa getməmişdik”

“Simurq”la oyunumuz çətin oldu. Onlar bizimlə oyuna yaxşı hazırlaşmışdılar. Bir neçə dəfə yüz faizlik imkanları oldu, yararlana bilmədilər. Demək olar ki, ilk hissəni “Simurq” olduqca yaxşı çıxış etdi. Ancaq biz də ora uduzmağa getməmişdik. Əsas olan 3 xal idi, onu da qazandıq”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Neftçi”nin futbolçusu Emin Mehdiyev deyib.

Zaqatalada meydana çıxa bilməyən paytaxt klubunun üzvü bunun baş məşqçinin qərarı olduğunu bildirib:

“Bilmirəm niyə meydana çıxmadım. Hər halda baş məşqçi daha yaxşı bilər. Deməzdim o, mənə güvənmir. Hər halda Arif Əsədov mənə güvənməsəydi digər matçlarda da şans verməzdi. Yəqin başqa bir oyunçunu sınamaq istədi. Mən belə başa düşürəm”.

Daha sonra Mehdiyev Vobayın Zaqatalada azarkeşlərə qeyri-etik hərəkətini görmədiyini də bildirib:

“İnanın görmədim. Oyun qurtaran kimi paltardəyişmə otağına yollandım. Qələbəni qeyd etmək üçün”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43