“Neftçi”nin gözdən çıxardığı Ramil Şeydayev komandadan ayrılmaq istəmir.
Rəhbərlik millimizin sabiq üzvünü klubdan göndərmək istəsə də, təcrübəli forvard növbəti mövsüm də “ağ-qaralar”da qalacaq.
Artıq baş məşqçi Samir Abasov da oyunçu ilə görüşüb. Təcrübəli mütəxəssis futbolçuya ayrılmaq istəyib-istəmədiyini soruşub.
Şeydayevin isə cavabı konkret olub: “getmək istəmirəm, rəqabətə hazıram”. Bunun ardından hücumçunun komandadakı gələcəyi ilə bağlı söz-söhbət başa çatıb.
O, ən azı bir mövsüm də “ağ-qaralar”da qalacaq.
Xatırladaq ki, 29 yaşlı hücumçu ötən mövsüm “Neftçi” forması ilə 27 matçda 4 qol vurub.
İdmanxeber.az

