Kateqoriyasız

“Neftçi”nin legioneri milliyə dəvət aldı

“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinə dəvət alıb.

İdmanxeber.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun B qrupu çərçivəsində baş tutacaq Malavi, Seneqal və Zimbabve ilə oyunlara çağırılıb.

Sözügedən qrupun qarşılaşmaları müvafiq olaraq, 10, 14 və 18 yanvarda keçiriləcək.

Qvineya yığması bu turnir ərəfəsində Ruanda ilə yoxlama oyunları da keçirməyi planlaşdırır. Sınaq matçlarının yanvarın 2-də və 6-da keçirilməsi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43