Kateqoriyasız

“Neftçi”nin legioneri qələbədə iştirak etdi

“Neftçi”nin legioneri Mamadu Kane Qvineya milli komandası ilə oyuna çıxıb.

O, Afrika  Millətlər Kubokunun seçmə mərhələsinin 5-ci turunda Maliyə 1:0 hesabı ilə qalib gəldikləri matçda iştirak edib. 24 yaşlı yarımmüdafiəçi 71-ci dəqiqə oyuna daxil olub.

Qeyd edək ki, Qvineya millisi A qrupunda 5 turdan sonra 11 xalla 1-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43