Ölkə futbolu

“Neftçi”nin oyunçusu cəzalı duruma düşdü

“Neftçi”nin futbolçusu Anton Krivotsyuk cəzalı duruma düşüb.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, Topaz Premyer Liqanın 6-cı turunun “Səbail”lə dünən keçirilən oyunda (4:0) mövsümdə 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılıb. Bu isə o deməkdir ki, müdafiəçi oktyabrın 5-də 7-ci turun “Sabah”la matçını buraxacaq.

Qeyd edək ki, Krivotsyuk bunadək “Sumqayıt”, “Keşlə” və “Zirə” ilə oyunlarda anoloji cəzaya məruz qalmışdı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43