Ölkə futbolu

“Neftçi”nin “Xəzər Lənkəran”a qarşı təxribatı: “Pulla fotoqraf tutub, plan qururlar” – AÇIQLAMA

"Böyük oyun"da "Neftçi" azarkeşlərinə orta barmaq göstərən Orxan Sadıqlıya qarşı təxribat qurulub.

İdmanxeber.com-a açıqlama verən Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bir çox məsələlərə aydınlıq gətririb:

"Biz Orxanın bu hərəkətini pisləyirik. Ancaq bunu əminliklə deyirəm ki, təxribat idi. İndiyə kimi heç kim deyə bilməz ki, "Neftçi" fanatları qapının arxasında oturub. Olub, cüzi barmaqla sayılacaq qədər. Onsuz da onların 200 azarkeşi var. Bu dəfə həmin azarkeşləri gətirib Orxanın qapısının arxasında oturtdular ki, planları baş tutsun. Mahir Şükürov müəyyən hərəkətlər etmişdi azarkeşlərə qarşı və buna görə stadion onu söyürdü. Bəs Orxan nə etmişdi ki, onu söyürdülər? Mahirin söyülməsini də pisləyirəm, yəni mən ümumi olaraq deyirəm. Orxan nə açıqlama verib "Neftçi" azarkeşləri ilə bağlı, nə pis hərəkət edib…  Bu cür təxribatları, öncədən qurulan planları pisləyirik. Həmişə təxribat qarşı tərəfdən gəlir. Pulla fotoqraf tutub, plan qururlar. Biz "Xəzər Lənkəran" olaraq Orxanın bu hərəkətini də, "Neftçi"nin təxribatını da pisləyirik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43