İdman

Nəsirovsuz “Sportinq” xal itirdi

Portuqaliya Sequndasında 5-ci turun oyunları keçirilir. 

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası evdə “Vizela”yla qarşılaşıb.

 

Budağın ehtiyat oyunçular skamyasından izlədiyi oyun “Sportinq B”-nin 1:2 hesablı məğlubiyyətiylə nəticələnib.

 

Qeyd edək ki, hazırda hesabında 4 xal olan “Sportinq B” 22 komanda arasında 18-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43