12 İyun 2026
Ölkə futbolu Premyer Liqa

Onunla bağlı qərar verildi – Yayda “Turan Tovuz”u tərk edəcək!

Hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Turan Tovuz” yayda bir neçə futbolçu ilə yolları ayıracaq.

İdmanxeber.az-ın məlumatına görə, Tovuz klubunun mövsüm başa çatan kimi müqaviləsini yeniləməyəcəyi futbolçulardan biri də Araş Qaderidi. Yayda heyətə cəlb olunan iranlı futbolçu ondan gözlənilənləri vermədiyindən, mövsüm sonu vətəninə yollanmalı olacaq.

Avrokubokları hədəfləyən klubun məşqçilər korpusu onunla başa çatacaq müqavilənin yenilənməməsini istəyib. 

Qeyd edək ki, 27 yaşlı futbolçu ilə ötən yay 1+1 illik müqavilə imzalanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43