Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kambuare oruc tutan futbolçularını əsas heyətdən kənarlaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Liqa 1-in 29-cu turunun “Reyms”lə matçında əvvəl (0:3) bu qərarı verib. O, hətta komandanın üzvü Jaouen Hadjamı oruc tutduğu üçün heyətdən kənarlaşdırıb.
Çalışdırıcı fikrini belə izah edib:
“Həftəiçi hansısa futbolçumuz oruc tutsa buna etiraz etmərəm. Hətta dəstəkləyərəm. Ancaq oyun günü mənim komandamda hansısa futbolçu oruc tuta bilməz. Həmin futbolçunu dərhal heyətdən kənarlaşdıraram”.
Qeyd edək ki, “Nant”ın heyətində olan müsəlman futbolçular bu qərardan sonra oyun günü oruc tutmayıblar.

