28 İyun 2026
Ölkə futbolu

Orxan Məmmədov: “Qarabağ”a təşəkkür edirik!”

“Son nəfəsinə gədər və bütün gücünü meydanda qoyaraq mübarizə aparan “Qarabağ”a eşq olsun! Bizlərə yenidən Avropa Liqası həyəcanını yaşadacağına görə bu böyük kluba – “Qarabağ”a təşəkkür edirik! Böyük Hocaya və əsl vətənsevər igidlərə eşq olsun!”

İdmanxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov ”tvitter” hesabında yazıb.

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FİFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə “Viktoriya”ya uduzan “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43