25 İyun 2026
Ölkə futbolu

“Özümü 85-90 faiz formada hiss edirəm və motivasiyam 100 faizdir” – Mahir Emreli 

“Mənim üçün çətin bir dövr idi. Əvvəla, son bir neçə ay ərzində bərpa müddətində mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Azərbaycan millisinin və “Kayzerslautern”in futbolçusu Mahir Emreli zədəsini sağaldaraq yaşıl meydanlara qayıtması barədə danışıarkən deyib. O, daha sonra belə davam edib:

“İndi özümü 85-90 faiz formada hiss edirəm və motivasiyam 100 faizdir. Bu mövsüm daha çox dəqiqə oynamaq və daha çox qol vurmaq istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43