Kateqoriyasız

Pantiçin “Qarabağ” və “Neftçi” planı

Sabah “Bakı” 11-ci tur çərçivəsində “Rəvan”ın qonağı olacaq. Paytaxt təmsilçisinin baş məşqçisi Milinko Pantiç oyunöncəsi fikirlərini açıqlayıb. 

Serb mütəxəssis klubun rəsmi saytına açıqlamasında heç kimə yuxarıdan aşağıya baxmadığını bildirib: 

“Azərbaycan Premyer-liqasında asan qarşılaşma görməmişəm. Mən də istəyirəm rahatlıqla qələbə qazanaq. Nəinki “Rəvan”a, heç bir komandaya yuxarıdan aşağı baxmıram. İmkan versələr, istəyimiz qələbə qazanmaqdı. Təbii, burda “Rəvan”ı nəzərdə tutmuram. Ortada başqa nüanslar var ki, bizə maneə törədir. Yaxşı düşüncələrimiz var, daim onu meydana sirayət etdirmək planı cızırıq. Hər bir peşəyə və hər bir insana hörmət edirəm. Amma özümü daha güclü sayıram. Yetirmələrimin də mənim kimi düşünməsini istəyirəm. İlk dövrədən fərqli indi rəqib komandanı PRO kateqoriyalı Şahin Diniyev çalışdırır. Bilirəm, onun da bizə qarşı hazırladığı taktiki planlar var. Bu gün məni ilk növbədə “Bakı” maraqlandırır, “Rəvan” ikinci yerdədi. Futbolçularıma inanır və qələbə qazanmaq yönündə qorxum yoxdu. Turnir cədvəlinə gəlincə, reallıqda “Qarabağ” və “Neftçi” 7 xal bizdən öndədi. Amma onlarla çempionatın sonuna kimi 3 oyunumuz qalıb. Elə problemlər var ki, gecədən gündüzə həll olunmur. Hazırkı  mövqeyimiz səbrlə vəziyyəti öz xeyrimizə dəyişəcəyimizi xarakterizə edir”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43