Paris şəhərinin meri Ann İdalqo PSJ-dən hücumçu Kilian Mbappeni komandada saxlamağı xahiş edib.
İdmanxeber.az-ın məlumatına görə, o, fransalı oyunçunu dünyanın ən yaxşı futbolçusu adlandırıb:
“PSJ-nin hansı oyunları oynadığını başa düşmürəm. Mbappe dünyanın ən yaxşı oyunçusudur. Etiraf edim ki, vəziyyətlə bağlı heç nə başa bilmirəm, amma Kilian qeyri-adi oyunçudur. Onu Parisdə buraxmaq lazımdır. Düşünürəm ki, burada mümkün qədər uzun müddət qalmaq onun da istəyidir”.
İyulun 24-də “Əl Hilal”ın hücumçu üçün PSJ-yə 300 milyon, Mbappenin özünün isə ildə 700 milyon avro təklif etsə də, Kilian gələn mövsüm “Real”a keçmək niyyəti olduğu üçün bunu qəbul etməyib.
Hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilə qədərdi. Lakin futbolçu bunu yeniləmək niyyətində deyil. Bu səbəbdən də rəhbərlik Mbappeni mövsüm öncəsi Yaponiyada keçirilən təlim-məşq toplanışına aparmayıb.

