Kateqoriyasız

Peru millisinin üzvü “Zirə”də – rəsmi

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, “qartallar” Alvaro Ampuero ilə anlaşıb. 27 yaşlı müdafiəçi “Universidad San Martín” klubundan 1 illik icarəyə götürülüb.

Perulu futbolçu bundan öncə “Universitario de Deportes”(Peru), “Parma” (İtaliya), “Padova” (İtaliya), “Salernitana” (İtaliya) və “Universidad San Martín” (Peru) klublarında çıxış edib.

Ampeuro Peru yığmasının heyətində 9 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43