16 İyul 2026
Ölkə futbolu

PFL oyunların tarixini dəyişdi

Azərbaycan I Liqasının 3-cü və II Liqanın 4-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən 2-ci Liqanın “Dinamo”- “Füzuli” oyunu 28 sentyabr, 1-ci liqanın “Qaradağ Lökbatan” – “İrəvan”, “Araz Saatlı”- “Mingəçevir” və “Karvan” – “Difai Ağsu” oyunları 29 sentyabr tarixlərinə keçirilib.

Oyunların yeri və saatı ilə bağlı dəyişiklik yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43