İdman

“Portu”nun futbolçusu Premyer Liqa klubunda

Portuqaliyanın “Portu” klubunun hücumçusu Loran Depuatr karyerasını İngiltərə “Haddersfild”ində davam etdirəcək.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, belçikalı forvardla 2019-cu ilə qədər müqavilə imzalanıb. Depuatrın transferi “Haddersfild”ə 5 milyon avroya başa gəlib. Bu isə klub tarixində rekord məbləğdir.

Qeyd edək ki, 29 yaşlı futbolçu Belçika yığmasında da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43