06 İyul 2026
Ölkə futbolu

Portuqaliya – Azərbaycan oyunu bu stadionda olacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, B qrupunun 1-ci turu çərçivəsində sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. 

Qeyd edək ki, U-21 milli komandamız sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43