25 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubu almaniyalı məşqçi gətirir

“Bornmut” yeni baş məşqçisini müəyyənləşdirib.

İdmanxeber.az xəbər verir ki, klub Marko Roze ilə razılığa gəlib. Alman mütəxəssis yayda vəzifəsinə başlayacaq və Andoni İraolanı əvəz edəcək.

Bildirilib ki, tərəflər arasında anlaşma artıq əldə olunub. Rozenin yüksək pressinqə əsaslanan oyun üslubu bu seçimdə əsas rol oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43