Kateqoriyasız

Premyer Liqa klubumuz legioner hücumçu transfer edir – ÖZƏL

Yenidən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a daxil olan məlumata görə, Tovuz təmsilçisi heyətinə yeni legioner hücumçu qatır. Söhbət Gürcüstan “Telavi”sinin “9” nomrəsi – İmeda Aşortiadan gedir. Bölgə klubu sözügedən forvardla danışıqları yekunlaşdırmaq üzrədi. Əgər son anda hər hansı bir problem çıxmayacağı təqdirdə 25 yaşlı gürcü futbolçu Azərbaycana gələcək.

Qeyd edək ki, İmeda Aşortia müxtəlif illərdə ölkəsinin “Dila”, “Kolketi”, “Şukura” klublarında çıxış edib. O, son mövsümdə “Telavi” forması ilə meydana çıxdığı 20 oyunda 3 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43