İngiltərə Premyer Liqasında çıxış edən “Uotford” klubu mövsüm başa çata kimi baş məşqçisi Valter Matsarri ilə yolları ayıracaq.
Bu barədə klubu rəsmi saytı məlumat yayıb.
İtaliyalı mütəxəssis “Uotford”un sükanı arxasına ötən ilin mayında keçib. “Sarı-qaralar” Premyer Liqada keçirdiyi son 5 oyunu məğlubiyyətlə başa vurub.
“Uotford” Premyer Liqada qalmağı bacarıb.