06 İyul 2026
Dünya futbolu

Premyer Liqada ən çox maaş alan futbolçu

İngiltərə Premyer Liqasının ən çox maaş alan futbolçusu açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, siyahıda birinci yerdə “Mançester Siti”nin oyunçusu yer alıb. Kevin De Bruyne 23,6 milyon avro maaşla hamını qabaqlayıb.

Siyahıda ikinci sırada da “şəhərlilər”in üzvü yer alıb. Erlinq Haland “Mançester Yunayted”in qapıçısı David De Xea ilə birgə 22 milyon maaş alır.

“Liverpul”un ulduzu Muhammed Salah isə 20,6 milyon avro maaşla siyahıda dördüncü sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43