Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir iyulun 26-da AFFA-nın inzibati binasında təşkil olunacaq.
Saat 12:00-da başlayacaq püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında 8 komanda – “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL və “Sumqayıt” klubları mübarizə aparacaq.