Kateqoriyasız

Premyer Liqamızda yeni mövsümün püşkü atıldı

Bu gün Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün püşkatma mərasimi keçirilib.

İdmanxeber.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbir saat 15:00-da başlayıb. Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı oyunlar olacaq:

1-ci tur

“Sabah” – “Sumqayıt”

“Turan Tovuz” – “Qəbələ”

“Kəpəz” – “Zirə”

“Şamaxı” – “Neftçi”

“Qarabağ” – “Səbail”

Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də start götürəcək. Ötən mövsümdən fərqli olaraq bu dəfə turnirdə 8 yox, 10 komanda mübarizə aparacaq. “Turan Tovuz” və “Kəpəz”ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə iştirak edəcək komandalar: “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “Turan Tovuz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43