Dünya futbolu

Premyer Liqaya daha bir türk

Türkiyə millisinin və “Maynts”ın futbolçusu Yunus Mallı İngiltərə Premyer Liqasında top qova bilər.

İdmanxeber.com-un məlumatına görə, “Tottenhem” klubu 25 yaşlı hücumçunu heyətinə qatmaq üçün 7,5 milyon funt-sterlinq ödəməyə hazırdır.

London klubunun baş məşqçisi Poçettino hücum xəttində alternativ yaratmaq üçün Yunusu ideal forvard olaraq görür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43