Milli komanda

Problem həll olundu, milli qayıdır

Səfər oyununda Şimali İrlandiyadan sarsıdıcı məğlubiyyət alan Azərbaycan yığmasını vətənə qaytaran təyyarə bu gün Bakı vaxtı ilə saat 13.00-da Belfast hava limanından havaya qalxacaq. 

İdmanxeber.com-un məlumatına görə, AZAL-ın “Boeing 787 Dreamliner” təyyarəsində yaranan texniki nasazlıq artıq aradan qaldırılıb. Nümayəndə heyəti bu müddətdə hava limanının yaxınlığındakı “Maldron” otelində gözləyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43