Milli komanda

Prosineçki millimizin heyətini açıqladı

Azərbaycan milli komandasınınbu gün Norveç yığması ilə keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçı üçün heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Osloda baş tutacaq matçda çərçivəni Kamran Ağayev qoruyacaq. Müdafiədə Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev və Arif Daşdəmirov, yarımmüdafiədə Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov və Ruslan Qurbanov, hücumda isə Dmitri Nazarov yer alacaq.

Qeyd edək ki, Oslodakı “Ulleval” stadionunda keçiriləcək Norveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43