Dünya futbolu

PSJ-də Mbappe şoku- 3 həftə yoxdur

PSJ-nin hücumçusu Kilian Mbappenin son durumu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçu son turda  “Monpelye” ilə matçda (3:1) görüşü sona kimi başa vura bilməmişdi. Bildirilir ki, oyunçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

O, çempionatda “Tuluza”, “Marsel” və  böyük ehtimalla fevralın 12-də “Monako” ilə keçiriləcək oyunları buraxacaq.

Mbappenin adının fevralın 14-də Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya”ya qarşı keçiriləcək oyunda iştirak ərizəsində olacağı bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43